Bakı metrosunda qatarda yaranmış nasazlıq nəticəsində yubanma olub. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az məlumat verir.
"Həzi Aslanov” - “Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər "Ulduz" stansiyasında düşürülüblər. Qatar yoxlama üçün "Nərimanov" elektrik deposuna yola salınıb. Həmin qatarın əvəzinə xəttə yenisi verilib.
Nəticədə qatarların hərəkətində 3 dəqiqəlik yubanma yaranıb.