Cari ilin yanvar-iyun aylarında “Bakı Metropoliteni” QSC 113,2 milyon nəfər sərnişin daşıyıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% çoxdur.
Bu ilin birinci yarısında Azərbaycanda nəqliyyatçılar ümumilildə 967,4 milyon sərnişinə xidmət göstəriblər.