“Bakı Metropoliteni” QSC-nin ərazisində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri razılaşdırılmış cədvələ əsasən yanğın-taktiki təlim keçirib. Bu haqda 6 noyabr tarixində Report xəbər verib.
Təlim “Bakı Metropoliteni” QSC-nin ərazisində yerləşən dəmir-beton konstruksiyaları istehsalatı sahəsinə məxsus qazanxanada keçirilib.
Qazanxananın 46/20 nömrəli universal tipli buxar qazanında baş verən şərti yanğın hadisəsi yanğın-taktiki təlimin əsas mövzusu olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə qüvvələri “hadisə” baş vermiş ünvana gələrək şərti yanğını qısa müddət ərzində söndürüblər.
Təlim başa çatdıqdan sonra təlim planına uyğun görülmüş tədbirlər müzakirə olunub.
[caption id="attachment_13130" align="alignnone" width="896"]
Foto FHN-nın rəsmi saytı[/caption]