Sosial şəbəkələrdə Bakı metrosunda terror aktı ola biləcəyini bildirən səs yazısı yayılıb. Səs yazısında yaxın günlərdə metroda terror aktının baş verəcəyi iddia edilib və naməlum şəxs vətəndaşları imkan daxilində metrodan istifadə etməməyə çağırıb. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az məlumat verir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, sözügedən səs yazısı araşdırılır.