Bakı Metropolitenində nasazlıq yaranıb. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Metronun “Nərimanov” stansiyasında vaqonlardan birinin qapısı bağlanmayıb. Bu səbəbdən sərnişinlər düşürülərək qatar depoya yollanıb. Nəticədə 4 dəqiqə yubanma yaranıb.
Həmin qatarın əvəzinə xəttə yeni qatar buraxılıb.