Bakı metrosu 1 saat artıq işləyəcək. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Metropolitenə istinadən xəbər verir.
“Qarabağ” Futbol Klubunun 9 noyabr tarixində paytaxtda UEFA Avropa Liqası çərçivəsində keçirəcəyi oyun səbəbindən 10 noyabr tarixinə keçən gecə metropoliten 1 saat artıq çalışacaq.
”Gənclik” stansiyası gücləndirilmiş iş rejiminə keçiriləcək, əlavə işçi qüvvəsi cəlb olunacaq. “28 May” və “Nərimanov” stansiyalarında isə ehtiyat tədbirləri görüləcək.
Bundan əlavə, günün müxtəlif vaxtları üçün sərnişin axınının intensivliyi nəzərə alınaraq, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.