Bakı metrosundan istifadə edənlərin sayı artıb. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az 1News-a istinadən xəbər verir.
Cari ilin yanvar-mart aylarında Bakı metrosunun xidmətlərindən 52 milyon 678 min 300 nəfər istifadə edib. Bu, ötən illə müqayisədə 15,4% çoxdur.
Belə ki, ötən ilin eyni dövrü ərzində Bakı metrosundan 45 milyon 635 min 700 nəfər sərnişin isitfadə etmişdir.