Paytaxtda bu gün, 6 mart tarixində yenə dumanlı hava müşahidə olunur. Bu haqda Bakuplus.az məlumat verir.
Bakının bəzi rayonlarına dumanlı hava qayıdıb. Yollarda görünmə kəskin şəkildə azalıb.
Sabah isə Bakıda və Abşeron yarımadasında gecə başlayan yağışın günorta saatlarınadək davam edəcəyi, saat 14:00 radələrində kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə yüksələcək. Nisbi rütubət 60-70% olacaq.