Bakıda 2 prospekti birləşdirən avtomobil yolu yenidən qurula bilər. Bu haqda bu gün, 20 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Heydər Əliyev və Babək prospektlərini birləşdirən paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən tunelin hər iki çıxışında dairəvi hərəkət təşkil edilə bilər və küçənin bəzi yerlərində genişləndirilmə işləri aparılacaq.
“Adıçəkilən küçənin yenidən qurulması və genişləndirilməsi məqsədilə müvafiq qurumlarla əraziyə baxış keçirilib və küçədə yenidənqurma işlərinin aparılması məqsədəuyğun hesab edilib. Aidiyyəti qurumlara artıq məlumat verilib", - deyə Nazirlər Kabinetindən bildiriblər.