Bakının bir neçə ərazisində qaz kəsiləcək. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Paytaxtın Xəzər rayonunun Xaşa-Xuna qəsəbəsində 11 aprel saat 10:00-dan etibarən 2500 abonentin qaz təchizatı dayandırılacaq. Buna səbəb qəsəbədəki 161 saylı BTK-nın 182/39 saylı bağ sahəsi ünvanında Məlakə İsgəndərovaya məxsus torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsidir.
Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində də eyni vaxtda qazın verilişi dayandırılacaq. Səbəb olaraq 300 saylı məktəbin yanında yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması göstərilir. Məhdudiyyət qəsəbənin A.Zeynallı, Natəvan, Ə.Qasımov, Y.Hüseynov, Q.Suleymanov küçələrini, o cümlədən 3000 abonenti əhatə edəcək.