Bakıda bir sıra məktəb direktoraları tənbeh olunublar. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Paytaxt ərazisində yerləşən məktəblərdə yoxlama aparılan zaman 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbeh tədbiri görülüb. Rəhbərlərə sənədləşmə, pedaqoji və inzibati heyətin məsuliyyətinin artırılması, metodiki işin təşkili və digər müvafiq istiqamətlər üzrə çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib.
Monitorinqlərin bundan sonra da davam edəcəyi gözlənilir.