Paytaxtın 3 rayonunda içməli su olmayacaq. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
Kür-Bakı magistral su kəmərində baş vermiş qəza səbəbindən Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərində su olmayacaq. Hazırda qurum təmir işləri ilə məşğuldur.
Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istənilib.