Bakı məktəbliləri beynəlxalq turnirdə uğur qazanıblar. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Azərbaycan Respublikası Təhsil İnstitutuna istinadən xəbər verir.
10-17 iyul tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilən Beynəlxalq Fizika Olimpiadasında təmsilçilərimiz 1 gümüş və 3 bürünc medal qazanıblar.
Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin XI sinif şagirdləri Sadiq Sadıxzadə gümüş, Murad Abdulkərim bürünc, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdləri Nicat Abbasov və Uğur Əzim bürünc medala layiq görülüblər.
[caption id="attachment_106563" align="alignnone" width="640"]
Foto arti.edu.az[/caption]