Paytaxtın iki magsitral yolunda sürət həddi endirilib. Bu haqda bu gün, 10 noyabr tarixində Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı yollarında sürət həddi 20 km/saat endirilib.
“Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar.”- deyə qurum bildirib.