Bakının bəzi yerlərində sürücüləri çətin vəziyyətə salan işıqforlar mövcuddur.
Bakuplus.az BakuTv-yə istinadən xəbər verir ki, paytaxtın Ceyhun Səlimov və Salamzadə küçələrinin kəsişməsində yerləşən iki işıqfor sürücülərin narazılığına səbəb olur.
3-cü mikrorayon dairəsindən Ceyhun Səlimov küçəsinə hərəkət edən zaman qarşıda "yol ver" nişanı mövcuddur.
Bu zaman soldakı işıqfora əhəmiyyət vermədən hərəkətə davam etdirmək lazım gəlir.