Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin küçələrində yol hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə müəyyən dəyişikliklər edilib. Bu barədə bu gün, Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində işıqforlar quraşdırılıb, Nazim İsmayılov və Yavər Əliyev küçələrinin kəsişməsindəki isə ləğv edilib.
Nəticədə, kəsişmələrin mübahisəli nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin edilib və yol hərəkəti təhlükəsizliyi təmin olunub. Tıxac və sıxlıq hallarının olma ehtimalı azaldılıb. Piyada keçidlərindən istifadənin təhlükəsizliyi maksimum həddə çatdırılıb.
[caption id="attachment_2238" align="alignnone" width="300"]
Foto BNA-nın YouTube rəsmi səhifəsi[/caption]
[caption id="attachment_2237" align="alignnone" width="300"]
Foto BNA-nın YouTube rəsmi səhifəsi[/caption]