Bakının bəzi yollarında hərəkətin istiqaməti dəyişəcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Yerüstü Nəqliyyat Agentliyi birgə xəbər verir ki, Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Dəyişiklik 7 sentyabr saat 22:00-dan etibarən qüvvəyə minəvək və 5 saat müddətində davam edəcək.