Bakı şəhəri, Zuğulba prospekti, Mərdəkan şosesi, Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətləri çəkilir, zəruri hallarda yol nişanları dəyişdirilir. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.
İşlər gündüz saat 10:00-dan 17:00-dək, gecə saat 23:00-dan 05:00-dək aparılır və iyunun 18-dək davam edəcək. Bu səbəbdən sözügedən ərazilərdə iş aparılan zolaqlar üzrə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldilir.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - deyə Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.