Texniki nasaz yük maşını səbəbindən yollarda tıxac yaranıb. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb.
Bu səbəbdən Həsən bəy Zərdabi küçəsi, Mətbuat prospekti–“Qələbə” dairəsi, eləcə də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.
Hazırda sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.
[caption id="attachment_139000" align="alignnone" width="640"]
Foto NİİM[/caption]