Sentyabrın 14-də “Montin Bazar” ASC səhmdarlarının iclası keçiriləcək. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az İqtisadiyyat.az-a istinadən məlumat verir.
Hazırda ləğvetmə prosesində olan bazarın fəaliyyətinin bərpası planlaşdırılır.
İyunun 29-da keçirilən yığıncaqda ASC-nin ləğv edilməsi elan olunub. Lakin qarşıdan gələn görüşdə verilmiş qərarların və onun nəticələrinin ləğv edilməsi məsələsi müzakirə olunacaq.