Bakının Mətbuat prospektində və Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılır. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
Ərazilərdə asfaltın qaşınması üzrə işlər yerinə yetirilib. Hər iki yolda hazırda yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.