Bakının Xaqani küçəsinin yeni təmirdən çıxmış hissəsində üfüqi yol nişanlanması işləri həyata keçirilib.
Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, görülən işlər çərçivəsində parklanma yerləri də saxlanılmaqla küçədə velosiped yolları təşkil edilib, hərəkət zolaqları kanallaşdırılıb. Velosiped yollarının bütün küçəboyu təşkili nəzərdə tutulub.