Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işlərini davam etdirir.
Bakuplus.az AYNA-ya istinadən xəbər verir ki, bu çərçivədə Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələrində dayanacaq məntəqələri təmir edilərək sərnişinlərin istifadəsinə verilib.
