Bakının Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və Respublika Perinatal Mərkəzində həkim-neonatoloqlar tərəfindən “Neonatal skrinninq” (topuq skrinninqi) həyata keçirilməyə başlayıb. Bu haqda bu gün, 4 may tarixində UNİCEF Azərbaycan məlumat verib.
"Topuq testi" irsi xəstəliklərin diaqnozu üçün istifadə olunur. Müayinə nəticəsində xəstəlik aşkar edildikdə, bu barədə ailəyə və müvafiq ilkin səhiyyə müəssisəsinə məlumat verilir.
Yeni doğulmuşların neonatal skrinninqi anadangəlmə xəstəliklərin erkən diaqnozuna imkan verən qan testidir. Metod hazırda genetik olaraq müəyyən edilmiş patalogiyaların erkən diaqnozu üçün ən dəqiq üsuldur.