Bu ilin birinci yarısına Bakının iqtisadiyyatına investisiya qoyuluşu 4 milyard 32,3 milyon manat olub. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
İnvestisiyaların həcmi illik müqayisədə 17,3 faiz artıb, yəni son bir ildə Bakıda əsas kapitala yönəldilən vəsaitlər 17,3 faiz artıb.
Qeyd olunan investisiyaların 2 milyard 169,1 milyon manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% çoxdur.