Bakının bir sıra yollarında hərəkət dayandırılır.
Bakuplus.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq.
Məhdudiyyət 20 avqust saat 22:00-dan etibarən və yarışlar bitənə qədər davam edəcək.
Formula 1 Azərbaycan Qran Prisi il 13-15 sentyabr tarixlərində keçiriləcək.