Daha bir marşrut xətti “BakuBus”ın nəzdinə keçib. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətini “BakuBus” həyata keçirəcək. Avtobuslar “Dərnəgül” m/st. ilə Süleyman Rüstəm küçəsini (“28 Mall” ticarət mərkəzi) əlaqələndirəcək. Gediş haqqı nağdsız qaydada olacaq.
Yeniliklər 21 aprel tarixindən etibarən qüvvəyə minəcək.