Keçmiş milyonçunun evi satışa çıxarılıb. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Qoqol, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən və 200 kv.m sahəsi olan ev yerli saytların birində 1 milyon 200 min AZN-ə satışa çıxarılıb.
Bildirilir ki, sözügedən bina Bakı milyonçularından olmuş Şəmsi Əsədullayev tərəfindən inşa edilib. Sonradan evdə “Neftçi Qurban” kimi tanınan Ağaqurban Əliyev və oğlu Yalçın Əliyev yaşayıblar.
Bir neçə ay öncə Yalçın Əliyev həmin evdə vəfat edib. İndi isə ev satışa çıxarılıb.