Bakının mərkəzində növbəti küçə bağlı qalacaq. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir.
Belə ki, Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi bir müddət hərəkət üçün bağlı olacaq. Məhdudiyyətə səbəb “Formula 1”ə hazırılıq işləri çərçivəsində Neftçilər prospekti boyunca beton blokların quraşdırılmasıdır.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.