Bakının mərkəzində intihara cəhd qeydə alınıb. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Sosial şəbəkələrədə yayılan videogörüntülərdə belində iki çanta ilə olan orta yaşlı kişi eyvandan çıxaraq özünü atmaq istədiyi bildirib. O, hadisə yerinə KQB-ni (Milli Təhlükəsizlik Xidməti) cəlb etməyi tələb edirdi.
Çağırışa gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri eyvanın altında batut quraşdırıblar, nəticədə kişi həmin batuta yıxılaraq sağ qalıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/09/sequence-01_13.mp4"][/video]