Bakıda yeni quraşdırılan kameralar marağa səbəb olub.
Oxu.az xəbər verir ki, Füzuli küçəsində, Heydər Əliyev Sarayının qarşısında son nəsil təhlükəsiz şəhər kamerası quraşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məsələ ilə bağlı bildirib ki, bu, yenilənmiş, son nəsil təhlükəsiz şəhər kamerasıdır və hazırda test rejimindədir.