Paytaxtın yol polisləri xanım sürücüləri təbrik ediblər. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları xanım sürücülərin idarə etdikləri avtomobilləri saxlayıb onlara gül dəstələri və hədiyyələr təqdim ediblər.
Bundan əlavə, avtobusda olan qadın sərnişinlər və piyada xanımlar da polis əməkdaşları tərəfindən hədiyyələr alıblar.