Bakıətrafı ərazilərə hiberoptik internet şəbəkələri çəkilir. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az Trend-ə istinadən xəbər verir.
2022-ci ilin sonuna qədər Binə qəsəbəsində 10.000, Kürdəxanı, Maştağa və Məhəmmədi qəsəbələrində isə 20.000 istifadəçi tutumlu optik şəbəkənin istifadəyə verilməsi nəzərdə tutulub.
Hazırda Baktelecom tərəfindən Bakı şəhəri və ətraf qəsəbələrdə 300 min istifadəçi tutumlu optik infrastruktur üzərindən 150.000 mənzilə keyfiyyətli xidmət göstərilir.