Paytaxt ərazisində sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Verilən məlumata əsasən, 19 aprel tarixində Bakı və Abşeron yarımadasında hava yağmursuz, dəyişkən buludlu olacaq. Səhər və axşam saatlarında duman gözlənilir.
Temperatur gündüz 13-18, gecə isə 8-12 dərəcə dərəcə isti olacaq. Arabir külək güclənəcək.