Bakının mərkəzi küçəsi bağlanıb. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Zərifə Əliyeva küçəsi Hökumət evinin yanından Bülbül prospekti ilə kəsişməyə qədər müvəqqəti bağlı olacaq. Buna səbəb əraziyə yeni asfalt örtüyünün vurulmasıdır. Məhdudiyyət 21 avqust tarixinə qədər davam edəcək.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.