Bakıda on il ərzində fəaliyyət göstərmiş Fransız Liseyi Təhsil Kompleksi bağlanıb. Bu baradə bu gün, 27 iyun tarixində Bakuplus.az məlumat verir.
Liseyin fəaliyyətinin dayandırılacağı ilə bağlı bu ilin aprel ayında şagirdlərin valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsində 200 şagird təhsil alırdı.
Lisey Bakının Ağ şəhərində yerləşir. Orada məktəbəqədər hazırlıq kursu daxil olmaqla ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib.Tədris fransız dilində aparılıb.