Paytaxt sakini 33 yaşlı Sevda Qurbanova dələduzluq hadisəsi ilə bağlı 10 senytabr tarixində Xətai rayon polis idarəsinə müraciət elədi. Bu haqda bu gün, 11 sentyabr məlum olub.
Zərərçəkən qadın iddia edir ki, 29 yaşlı Əli Cəbrayılov aldatma yolu ilə ondan 40 min 250 ABŞ dollar pulunu alıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar hadisə ötən gün Bakıda qeydə alınmışdır. “EL Art Travel” turizm şirkətinin əməkdaşı Afaq Sadıqova qanunsuz yolla müştərilərdən 9000 manat pul mənimsəmişdir.