Bakı yolları genişləndiriləcək. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.
Bakının baş planı artıq hazırdır və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi də mövcuddur. Bunu Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə deyib.
“Bu gün nəqliyyat problemi kifayət qədər yüksəkdir. Bunun əsas səbəblərindən biri maşınların sayının çox olmasıdır. Bakının tarixi hissələrinə toxunulmayacaq. Ancaq Yeni Yasamal, Günəşli, Əhmədli qəsəbələrində yolların genişləndirilməsi nəzərdə tutulub”, - deyə E.Qasımzadə əlavə edib.