Bakı Nəqliyyat Agentliyi ləğv edilib. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, sözügedən qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Bundan sonra yol nəqliyyatının tənzimlənməsini AYNA həyata keçirəcək.