Bakı Nəqliyyat Agentliyində kadr dəyişikliyi olub. Bu haqda 10 noyabr tarixində Report xəbər verib.
Bakı Nəqliyyat Agentliyinə məxus "Albalılıq avtoparkı" MMC-nin direktoru Əvəzağa Ələsgərov vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik Ceyhun Fətullayevə həvalə olunub.
Nizamnamə kapitalı 17,2 min manat olan "Albalılıq avtoparkı" 1999-cu ildə yaradılıb.