Bakı Nəqliyyat Agentliyinin əməkdaşları saxlanılıblar. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynov və qeyd olunan şöbədə məsləhətçi olan Hikmət Vəlizadə tutulublar. Onlar paytaxt ərazisində parklanma sahəsinin təşkili üçün müxtəlif şəxslərdən ümumilikdə 16.500 AZN rüşvət almaqda ittiham olunurlar.
Aşkar olunan faktlarla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.