Bakı şəhəri və Abşeron yarımadasında gecə saatlarından havada toz müşahidə olunur. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1,2- 1,4 dəfə artıqdır. Toz dumanının gün ərzində davam edəcəyi gözlənilir.