Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus reyslərinin sayı artırılaraq hər iki istiqamətdə 6-ya çatdırılacaq. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bu razılıq Azərbaycan-İran Birgə Komissiyasının Bakıda keçirilən iclasında əldə olunub. Hazırda Azərbaycan və İran daşıyıcıları tərəfindən gündə 3 reys həyata keçirilir.
İkitərəfli görüşdə hər iki ölkənin nəqliyyat vasitələrinə tətbiq olunan vergi və rüsumların miqdarı, daşımaların inkişaf perspektivləri müzakirə edilib.