Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmalı olub. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
Naxçıvan Hava Limanı ətrafındakı tufanla əlaqədar Bakıdan uçan təyyarə geri dönməyə məcbur olub.
Təyyarə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.