Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə birbaşa uçuşlar başlayır. Bu haqda bu gün, 28 mart tarixində Report məlumat verib.
Reyslər Rusiyanın “IrAero” aviaşirkəti tərəfindən təşkil olunacaq. Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Təyyarələr Novosibirskdən Bakıya hazırda cümə və bazar günləri uçacaq. Bakıdan Novosibirsk şəhərinə isə uçuşlar çərşənbə və şənbə günləri həyata keçiriləcək.
Novosibirsk-Bakı marşrutu üzrə ilk uçuş martın 31-də baş tutacaq.