Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı arenaları sırasına düşüb. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az xəbər verir.
Nüfuzlu “FourFourTwo” nəşri dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini yeniləyib. 100 arenanın yer aldığı siyahıda Bakı Olimpiya Stadionu 41-ci pillədə qərarlaşıb.
Siyahıya Argentinada yerləşən "La Bombonera" stadionu başçılıq edir. İkinci sırada Braziliyanın "Marakana" stadionu yer alıb. İlk "üçlüy"ü isə Almaniyanın “Borussiya Dortmund” komandasının matçlarına ev sahibliyi edən "Siqnal İduna Park" tamamlayıb.