Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı stadionları sırasındadır. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az “FourFourTwo” nəşrinə istinadən xəbər verir.
Nəşrdən verilən məlumata əsasən, dünyanın ən yaxşı 100 stadionundan biri paytaxt stadionu olub. BOS siyahıda 41-ci yerdə qərarlaşıb.
Dünyanın ən yaxşı arenası Argentinadakı “La Bombonera” seçilib. Braziliyanın “Marakana” stadionu 2-ci, Almaniyanın “Borussiya” (Dortmund) klubunun ev oyunlarını keçirdiyi “Siqnal İduna Park” isə 3-cüdür.