Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edilib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən məlumat verir.
Cədvəl payız-qış mövsümünə keçidlə əlaqədar yenilənib.
Oktyabrın 1-dən etibarən qatar Bakı Dəmiryol Vağzalından 45 dəqiqə tez, saat 23:00-da yola düşərək Sumqayıta saat 23:52-də çatacaq. Dəyişikliklər həm iş, həm də qeyri-iş günləri üçün nəzərdə tutulub.