Bakı–Qəbələ–Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər buraxılacaq. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Mayın 25-dən sözügedən marşrut üzrə qatarlar həftənin şənbə və bazar günlərində də hər iki istiqamətdə fəaliyyət göstərəcək.
Qatarlar saat 07:30-da Bakıdan yola düşəcək, saat 19:00-da isə Qəbələdən tərpənəcək.
Bilet almaq üçün “ADY Mobile” tətbiqi və yaxud www.ady.az saytından yararlanmaq olar.