Bakı–Qəbələ qatarları gücləndirilmiş iş rejiminə keçəcəklər. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı–Qəbələ qatarları həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə işləyəcək.
Məlumata görə, qatar saat 07:30-da Bakı Dəmiryol Vağzalından, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından yola düşəcək.
Bundan əlavə, həftəsonu Bakı–Ağstafa–Bakı marşrutu üzrə də əlavə qatarlar təyin edilib. 25 may tarixində saat 09:15-də Bakı Dəmiryol Vağzalından, 26 may tarixində saat 15:00-da isə Ağstafadan sürət qatarı yola düşəcək.